"Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur"
Milli.Az bildirir ki, bu barədə azvision.az-a Müdafiə Nazirliyin mətbuat xidmətindən deyilib .
Qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin həbs edilən zabitinin məhkəmə zalından azadlığa buraxılması barədə məlumatlar yayılıb.
"Rəsmi olaraq bildiririk ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur".
Qeyd edək ki, qafqazinfo.az saytının yaydığı məlumata görə, Hərbi Prokurorluq tərəfindən əsgər ölümü ilə bağlı ittiham edilərək həbs edilən Müdafiə Nazirliyinin zabiti məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, polkovnik Ə.B. barəsində seçilmiş həbs qəti imkan tədbiri barədə qərardan apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə polkovnik barəsində seçilən həbs qəti imkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.
Milli.Az