Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
"Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Siyahıda 338 nəfərin adı var. Onlardan 248 nəfər fiziki, 90 nəfər isə hüquqi şəxsdir. Siyahıda adı olanların icra orqanları rəhbərlərinin vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.
Hüquqi və fiziki şəxslərin siyahısı ilə buradan tanış ola bilərsiz.