Futbol üzrə Avropa çempionatının iyunun 17-də keçiriləcək oyunlarına təyinatlar açıqlanıb.
Milli.Az report-a istinadən bildirir ki, D qrupunda keçiriləcək İspaniya - Türkiyə oyunu serbiyalı hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Milorad Majiç olacaq. Ona yan xətt hakimləri qismində Milovan Ristoç və Dalibor Curceviç kömək edəcək. Əlavə köməkçi-hakim funksiyasını Danilo Qruyiç və Nenad Cokiç yerinə yetirəcək.
Dördüncü hakim belaruslu Aleksey Kulbakov, ehtiyat köməkçi-hakim onun həmyerlisi Vitali Malyutsindir. Matçın hakim-insektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə maltalı Byorn Vassallo olacaq.
Nitsada keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
İlk oyunda Xorvatiyaya məğlub olan Fatih Terimin rəhbərlik etdiyi komandanın aktivində xal yoxdur və Çexiya ilə qrupun sonuncu pillələrini bölüşür.
Milli.Az