"Report" xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.
Bildirilib ki, 71 ton qaçaq ət 2,5 milyon Türk lirəsi (1 milyon 30 min manata yaxın) dəyərindədir. Ümumiyyətlə, bu ilin əvvəlindən iyunun 6-dək Türkiyə Gömrük Mühafizə xidməti əməkdaşlarının keçirdiyi 28 əməliyyat nəticəsində 503 ton qaçaq ət müsadirə edilib.
Məlumata görə, İran və Gürcüstan ərazilərindən Türkiyəyə qaçaq yolla sağlam olmayan ətin keçirilməsinin qarşısı alınıb.