Milli.Az acı souslu ət xörəyinin hazırlanma qaydasını təqdim edir
Günün təamı - ekzotik mürəbbələr - FOTO
Tərkibi (2-4 pay):
500 q mal əti
3 pomidor
2 diş sarımsaq
2 baş soğan
1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
0,5 ç.q. karri tozu
2-3 x.q. qatıq
2 x.q. tomat pastası
2 x.q. zeytun yağı
1 ç.q. duz
1 ç.q. qırmızı kayen istiotu
1,5 st. su
1 dəstə cəfəri
Baş soğanı xırda doğrayıb zeytun yağında qızılı rəng alanadək qovurun.
Zəncəfil, karri, xırdalanmış sarımsaq və qırmızı acı istiot qatıb qarışdıraraq təxminən 3 dəqiqə qovurun.
Xırda doğranmış (tərəfi 2 sm olan kubik) əti əlavə edib 7 dəqiqə daim qarışdıraraq qovurun.
Doğranmış pomidorları, tomat pastasını, qatığı, suyu əlavə edin, duz qatıb vam odda 1 saat bişirin (ət yumşaq olmalıdır). Hazır olana 5 dəqiqə qalmış xırda doğranmış cəfəri əlavə edin.
Süfrəyə düyü, tərəvəz salatı ilə verə bilərsiniz.
Nuş olsun!
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az





