"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, kart hesabındakı pulun təhlükəsizliyi üçün yüksək dələduzluq riski olan ölkələrdə ödəniş edilən zaman vəsait yalnız müştərinin təsdiqi əsasında hesabdan silinəcək.
Başqa sözlə, bəzi ölkələrdə müştəri karta aid məlumatları (16 rəqəmli şifrə, CVV kodu, kartdan son istifadə tarixi) internetdə təqdim etdikdən sonra ona Bankdan SMS gələcək və ödənişin təsdiqlənməsi istəniləcək. Yalnız bundan sonra pul müştərinin hesabından çıxacaq.
Bankın dələduzluq riski yüksək ölan ölkələr siyahısı aşağıdakı kimidir:
"Expressbank"dan bildiriblər ki, indiyə kimi bu ölkələrdə Bankın plastik kartları ilə ümumiyyətlə ödəniş etmək mümkün deyildi. İndi isə təhlükəsizlik tədbirləri çərçivəsində ödənişin həyata keçirilməsinə icazə verilib.