Milli.Az kapreze pizzasının hazırlanma qaydasını təqdim edir

Kapreze pizzası - FOTO

Mətbəx sirləri: "Fransız sevgili"

Bu pizzanın üzərinə yığılanlar klassik "Kapreze" salatının ərzağıdır. Sous kimi isə pesto götürülür.

Tərkibi (2-4 pay):

500 q mayalı pizza xəmiri
400 q müxtəlif rəngli çerri pomidorları
100 q motsarella
5 x.q. zeytun yağı
1 iri reyhan dəstəsi
4 diş sarımsaq
50 q pendir
duz
istiot
balzamik sirkə

Sobanı 220 dərəcə qızdırın. Xəmiri nazik yayıb isti yerdə gəlməsi üçün saxlayın. Pomidorları iki bölün. Perqament döşənmiş formaya yığıb üzərinə zeytun yağı gəzdirin, sobada 10-12 dəqiqə bişirin.

Blenderdə sarımsağı duz və yarım dəstə reyhanla xırdalayın (ən gözəl reyhan yarpaqlarını bəzək üçün saxlayın). Zeytun yağı əlavə edib qarışdırın.
Alınan pesto sousunu xəmirin üzərinə çəkin. Üzərinə bişmiş pomidorları və iki bölünmüş motsarellaları düzün. Sürtgəcdən keçirilmiş pendir səpib sobada 10-12 dəqiqə bişirin. Sonra pomidorların karamelləşməsi üçün pizzanı 1 dəqiqə qrildə bişirin.
Hazır pizzanı təzə reyhanla bəzəyib üzərinə balzamik sirkə gəzdirin (bunun üçün balzamik sirkəni qaynadın, sonra yarısı buxarlanınca bişirin, soyuduqdan sonra qatılaşacaq).

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Kapreze pizzası - FOTO
Kapreze pizzası - FOTO
Kapreze pizzası - FOTO
Kapreze pizzası - FOTO
Kapreze pizzası - FOTO
Kapreze pizzası - FOTO