"Report" Belçika KİV-inə istinadən xəbər verir ki, əvvəllər B.Şufs Belçika Xarici İşlər Nazirliyində Sülhün Gücləndirilməsi departamentində siyasətin planlaşdırılması və münaqişələrin qarşısının alınması üzrə məsləhətçi vəzifəsində çalışıb.
O, 2013-cü ilin sentyabr ayından Belçikanın Bakıdakı səfiri vəzifəsində çalışan Karin Petini əvəz edəcək.
Qeyd edək ki, B.Şufs Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.