"Report" xəbər verir ki, bunu Vyanada keçirilən ATƏT-in təhlükəsizlik konfransında Almaniya sədrliyinin ATƏT-dəki xüsusi nümayəndəsi Gernot Erler deyib.
Onun sözlərinə görə, Almaniya sədrliyi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT çərçivəsində intensivləşdirilməsinin tərəfdarıdır.