İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölən və yaralananların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların arasında bir neçə xarici vətəndaşlar var.

APA-nın məlumatına görə, bu barədə "Röyters" yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

Milli.Az