"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, toplantını Rusiyanın xairici işlər naziri Sergey Lavrov açıb.
Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də QDİƏT-də Rusiyanın sədrliyinin yekunları müzakirə ediləcək.
Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.