Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.
Milli.Az bildirir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisindəki dəniz çimərliyində naməlum kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin iyulun 2-də Sabunçu rayonunda itkin düşmüş Əmrah Əliyev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az