Onlar sanki ibtidai icma quruluşunda yaşayırlar. Köçəri həyat sürür, meşələrdə topladıqları meyvələr, həşaratlar, ovladıqları şikarla, tutduqları balıqla, yığdıqları balla dolanırlar.
Milli.Az bildirir ki, onlar Nepalın şərqində, Surket bölgəsində yaşayan "raute" adlı tayfadır.
Fotoqraf Endryu Nyui köçəri rautelər arasında yaşayaraq onların həyatlarını əks etdirən reportaj hazırlayıb.
"Bu kənddə 150 nəfər yaşayırdı. Kənd çadırlardan ibarətdi, çünki rautelər oturaq deyillər. Onlar köçəri həyat tərzi sürürlər. Qida mənbələri arasında ovçuluq xüsusi yer tutur. Delikatesləri isə meymun ətidir", - Nyui söyləyib.
Onun sözlərinə görə, rautelər daim hərəkətdədirlər. Bu tayfada kimsə təhsil almayıb, kimsə hansısa işdə çalışmır. Onlar ağacdan məmulatlar hazırlayır, sonra həmin "əsər"ləri satır, əldə etdikləri pula da şəkər, kibrit, duz alırlar.
Milli.Az









