"İşsiz qadınam, beş övlad böyüdürəm. Ağılsız, mənəviyyatsız deyiləm. Mən o iyrənc hərəkəti etməmişəm. Mənə qarşı irəli sürülən ittihamlar absurddur, əsassızdır".
42 yaşlı Kelli Martin ictimai asayişi pozmaqda, ictimai yerdə əxlaqsızlıq etməkdə və müharibə qurbanlarının, xüsusilə də Somm şəhidlərinin ruhunu təhqir etməkdə suçlanıb.
Milli.Az The Guardian-a istinadən bildirir ki, İngiltərənin Esseks qraflığındakı Qreys şəhərinin sakini olan K.Martin günün günorta çağı şəhərdəki hərbi memorialda əxlaqsızlıq edib.
O, Birinci Dünya Müharibəsində, Fransadakı Somm çayının sahilindəki döyüşdə həlak olmuş britaniyalıların xatirəsinə ucaldılmış memoriala yaxınlaşaraq əklillərin üzərinə pəşov edib.
Bu əxlaqsızlığı Hay Stritdəki meydandan keçən şəhər sakinləri smartfonlarla çəkiblər və dərhal polis çağırıblar.
Qadın tutulub.
Besildon Macistrat Məhkəməsində K.Martinlə bağlı proses başlanıb.
Prokuror Lesli Çipsin dediyinə görə, Kelli Martinin mənəviyyatsız hərəkətini həmin anda meydanda olan insanlar görüblər.
Somm döyüşü Birinci Dünya Müharibəsi ilə yanaşı, bəşər tarixinin ən qanlı və böyük döyüşlərindən biridir. Həmin döyüşdə Fransa və Britaniyanın birləşmiş koalisiya qüvvələri ilə Almaniya qoşunları qarşılaşmışdılar.
1916-cı ilin iyulun 1-də başlanıb noyabrın 18-də başa çatan döyüşdə hər iki tərəfdən 1 milyondan artıq insan həlak olmuşdu.
Qreys şəhərindəki Somm hərbi memorialını yerli sakinlər "müharibədə Vətən uğrunda canlarından keçmiş qəhrəmanların anım məkanı" adlandırırlar.

Milli.Az

5 uşaq anası şəhidlərə qarşı əxlaqsızlıq etdi - FOTO
5 uşaq anası şəhidlərə qarşı əxlaqsızlıq etdi - FOTO
5 uşaq anası şəhidlərə qarşı əxlaqsızlıq etdi - FOTO
5 uşaq anası şəhidlərə qarşı əxlaqsızlıq etdi - FOTO
5 uşaq anası şəhidlərə qarşı əxlaqsızlıq etdi - FOTO