"Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, neftin qiymətinin düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması Azərbaycan iqtisadiyyatına təsir etdi: "Onların mənfi təsirini aradan qaldırmaq və gələcəkdə daha davamlı müqavimət üçün hökumət bütün səylərini səfərbər etdi və "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını sürətləndirməyə başladı".

S.Həsənova qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb, ölkədə biznesin yaradılması üçün şərait yaxşılaşdırılıb.

Milli.Az