"Report“ xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün 500 manat məbləğində iştirak haqqını nazirliyin hesabına köçürməlidirlər.
Tender iştirakçıları satınalma təklifinin 3%-i həcmində təminatı və tender təklifini avqustun 19-u saat 18:00-a qədər nazirliyə təqdim etməlidirlər. Müsabiqə üçün təqdim edilmiş zərflər avqustun 22-də açılacaq.
Tenderin şərtlərinə görə, mallar satınalma müqaviləsi imzalandığı gündən hissələrlə dekabrın 31-dək təqdim edilməlidir.