Milli İstihbarat Təşkilatının rəhbəri: "Əməliyyatlar 1-2 saata bitəcək"
Paylaş
·107 baxış·1 dəq oxu
Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi etməyə cəhd edən qiyamçı hərbçilərə qarşı sistematik əməliyyatlar başa çatıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bildirib. O qeyd edib ki, yekun əməliyyatlara başlanıb və 1-2 saata əməliyyat bitəcək.