Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.
O bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgələrdə işini yekunlaşdırıb: "Rayonların əksəriyyətində konfraslar keçirilib. İndi Bakının rayonları üzrə konfranslar keçirməyə hazırlaşırıq".
S.Əsədli qeyd edib ki, VHP sədrliyinə yalnız partiyanın hazırkı rəhbəri Sabir Rüstəmxanlı iddialıdır.