Bakı. 21 iyul. REPORT.AZ/ Tovuz rayon sakini yük maşınının qoşusunun altında qalıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, rayonun Çatax kənd sakini Məstan Hüseynovun idarə etdiyi "QAZ-53" marakalı avtomobillə hərəkətdə olan zaman maşının qoşqusu yerindən çıxaraq Habil Qafarovun üstünə aşıb. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.