Teo Uiks "Qəbələ"nin avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin MTK ilə bu gün keçirilən oyununda (2:0) qol sevinci yaşayan liberiyalı komandasının heyətində 5-ci dəfə fərqlənib.
Bununla, Uiks Macarıstan klubu ilə matçadək onunla eyni sayda - 4 qol vuran braziliyalı Dodonu arxada qoyub. Oyunda hesabı açıb, bu cütlüyə çatan Sergey Zenyovun da qırmızı-qara formada 4 avrokubok qolu var.
Uiks həm də Azərbaycan klublarının heyətində qitə miqyaslı klub turnirlərində 5 və daha çox qol vuran 9-cu oyunçu olub. Liberiyalı klublarımızın ən məhsuldar afrikalıları sırasında rekorda şərik olub. O, bu göstəricidə syerra-leoneli Julius Vobaya çatıb.
Qeyd edək ki, Teo bütün qollarını cari mövsümdə vurub. O, I təsnifat mərhələsinin "Samtredia" ilə ev oyununda 3, səfər matçında 1 qol vurub.
Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuranlar
1. Reynaldo - 10
2-3. Rəşad Sadiqov, Riçard Almeyda - 7
4-5. Baçana Sxadadze, Əfran İsmayılov - 6
6-9. Julius Vobay, Rəşad Sadıqov, Vüqar Nadirov, Teo Uiks - 5
Milli.Az