"Azərbaycan Mərkəzi Bankının İrana 500 mln. dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb", - deyə Mərkəzi Bankdan bildirilib
Diplomatik mənbələrdən də "Report"a bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan işçi qrupu ilə birgə müzakirə olunur: "Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir".