"Report" "Hürriyete"ə istinadən xəbər verir ki, həmin şəxslər dövlət başçısının qaldığı otelə hücum zamanı iki polisi şəhid edib qaçıblar.
Xüsusi təyinatlı dəstədən olan qiyamçı hərbçilər Marmaris rayonundakı dağlıq ərazidə saxlanılıblar. Onların gətirilməsi üçün əraziyə helikopter göndərilib.