İyulun 30-dan başlayaraq Qəbələ şəhəri növbəti beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək.
Axşam.az xəbər verir ki, avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Hazırda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi ərazidə ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.
Bundan başqa, Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq hava altında keçiriləcək konsertlər üçün möhtəşəm səhnə quraşdırılır.
Qeyd edək ki, proqrama uyğun olaraq festivalın açılış mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
İyulun 31-də Vyana Akademik Orkestri səhnəyə çıxacaq. Orkestrin bədii rəhbəri Martin Haselblokdur. Həmin gün tamaşaçılar İspaniyanın “Suite Española” şirkətinin təqdimatında flamenkoya da baxa biləcəklər.
Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək.
Avqustun 2-də Fuad İsmayılovun xatirəsinə musiqi proqramı təqdim ediləcək. Həmin gün Kubanın “Gənc klassiklər” ansamblı da çıxış edəcək. “Kiyev virtuozları” orkestrinin çıxışı avqustun 3-4-də olacaq.
Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.
Festivalın sonuncu günündə - avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival “Kiyev virtuozları” orkestrinin konserti ilə başa çatacaq.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi keçiriləcək.
AZƏRTAC
Qəbələ növbəti beynəlxalq musiqi festivalına hazırlaşır
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
10 milyon xərcləyib 10 il cavanlaşdı - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Baş direktor özünə müşavir təyin etdi
Bu gün
·
10:32
DSMF-dən müavinət və pensiya alanlarla bağlı məlumat
Bu gün
·
10:21
Cabir İmanovun vəfatından bir il ötür
Bu gün
·
10:02
Azərbaycan nefti ucuzlaşdı
Bu gün
·
10:01
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR
Bu gün
·
09:48
Bəzi yerlərdə leysan yağır
Bu gün
·
09:46
"İnter" türk nəhənglərinin istədiyi futbolçu üçün qərar verdi
Bu gün
·
09:43
Cəlilabadda fərdi yaşayış evi yandı
Bu gün
·
09:39
Bu günün valyuta məzənnələri
Bu gün
·
09:14
Yasamalın bəzi ərazilərində işıq olmayacaq
Bu gün
·
08:50
Türk azarkeşlər federasiya prezidentini stadiondan qovdu - VİDEO
Bu gün
·
08:25
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
Bu gün
·
08:15
Sevgidə bəxti gətirən 3 bürc
Bu gün
·
01:15
Türkiyə futbolçuları fitə basıldı
Bu gün
·
00:42
Çin və ABŞ arasındakı razılaşmanın detalları
Bu gün
·
00:27