Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda, aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ümumi daxili məhsula və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilib.
Müzakirələrdə İİTKM ilə yanaşı, Prezident Administrasiyası, ayrı-ayrı nazirliklər, özəl biznes sektoru və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupuna təqdim ediləcək.