"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri "CNN Türk"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda onlardan 122 nəfəri Türkiyə XİN-dən xaric edilib: "Bunlardan 88 nəfəri xarici siyasət idarəmizdə çalışırdı və onların arasında 2 səfir də vardı. Bundan başqa, ötən il 34 nəfəri Türkiyə Nazirlər Kabineti və digər dövlət qurumlarında işləməyə göndərmişdik. Artıq onların da XİN-lə əlaqəsi tamamilə kəsilib. Bu sayı qarşıdakı günlərdə daha da artacaq. Hətta 2-3 səfir sistemdən xaric edilə bilər. Artıq onlardan biri dəqiqləşib".
Nazir Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlunun da Fətullahçı terror təşkilatı (FETÖ) əlaqəsi olmadığını söyləyib: "Mən Feridun Sinirlioğlu ilə iki ildir çalışıram. Onun tamamilə FETÖ-ya qarşı olduğunu bilirəm".
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra dövlət müəssisələrində çalışan 66 036 nəfər vəzifəsindən kənarlaşdırılıb.