İyulun 15-də Ərdoğanı öldürmək üçün qaldığı otelə hücum edən xüsusi təyinatlıların komandiri, mayor Şükrü Seymenin ifadəsi yayılıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Ş.Seymen hadisəyə görə general Gökhan Şahin Sözmezateşi günahlandırıb.

"Gökhan paşanın əmirlərini yerinə yetirdim", - deyə o bildirib.

Ş. Seymen FETÖ ilə əlaqəsinin olmadığını da söyləyib.

Milli.Az