85-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən 23 yaşlı hücumçu komandasının ən azı Avropa Liqasının qrup mərhələsində iştirakını təmin edib. O, keçirdiyi hisslərin anlatmaqda çətinlik çəkdiyini bildirib: "Bunlar sözlə deyiləsi hisslər deyil, nələr yaşadığımı deyə bilmirəm. Rəqib doğrudan da gözəl müdafiə olunurdu. Şadıq ki, nəhayət, məqsədimizə çatdıq. Futbolda bəxt amilindən ilk oyunda yararlana bilmədik, əksinə, cavab görüşündə bəxtimiz gətirdi".
Krmençik karyerasının ən önəmli qolunu vurmaqla baş məşqçi Roman Pivarnikə özünü sübut etdirdini də vurğulayıb. Lakin o, istəyinə çatmasında komandasının rolunun olduğunu söyləyib: "Komandama həm növbəti mərhələni, bir neçə milyon avro qazandırdım. Bunlar karyeramda çox önəmlidir, amma komanda yoldaşlarımın əməyidir".
Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə səfər matçında 0:0 hesablı heç-heçə etsə də, ev oyununda qələbəni əldən verərək, mübarizəni dayandırıb.