"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında deyib.
“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, - deyən dövlət başçısı bildirib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əlindən gələni etməyə hazırdır.