Azərbaycanda, Bakı, 2 mart /Trend, müxbir Azad Həsənov/

Azərbaycanda siqaretin qiyməti düşüb.

Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, bu gün səhərdən siqaretin satışı əvvəlki qiymətlə həyata keçirilir. Məsələn "Classic İmperial" əvvəlki qiymətə 80 qəpiyə düşüb.

Manatın məzənnəsi dəyişdikdən sonra bu siqaret 1 man 20 qəpiyə satılırdı.

Ticarət obyektlərindən verilən məlumata görə, bütün növ siqaretlərin qiyyməti əvvəlki vəziyyətə gətirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az