Qeyd edək ki, ötən ilin ilk yarısına nisbətən bu il ümumi ticarət dövriyyəsi 3 565,7 mln. dollar yaxud 25,67% azalıb. Həmin dövr üçün ixracın həcmi 2 914,3 mln. manat və ya 31,70%, idxalın həcmi isə 651,4 mln. dollar yaxud 13,86% azalıb.
Ticarət dövriyyəsinin müsbət saldosu 2 262,9 mln. dollar yaxud 50,35% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 163 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac, 154 ölkədən idxal olunub.
Ticarət dövriyyəsinin 41,9%-i Avropa İttifaqı, 12,6%-i MDB, 45,5%-i isə digər ölkələrin payına düşüb.