Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Teo Uiks deyib.
Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə keçirilmiş oyun haqda danışan liberiyalı yarımmüdafiəçisibildirib ki, nəticə ədalətli olmadı: "Bu oyunda qələbə qazanmaq şansımız vardı. Mən məşqçi deyiləm ki, səhvləri deyim. Yalnız onu deyə bilərəm ki, bu görüşdə qələbə qazanmalı idik".
26 yaşlı futbolçu avqustun 18-də Avropa Liuqasının "pley-off" mərhələsində Sloveniya "Moribor"una qarşı keçiriləcək oyundan da söz açıb: "Düzü rəqibin oyununu görməmişəm. Amma inanıram ki, yaxşı hazırlaşıb mərhələ keçəcəyik.