Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.
Milli.Az bildirir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: "Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb".
Qeyd edək ki, erməni əsilli, 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Milli.Az