Vyetnamda qəribə bir olay baş verib.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, paytaxt Hanoyda 30 yaşlı bir qadının sığortadan təxminən 130 min dollar pul almaq məqsədi ilə sol qol və sol ayağının bir qismini kəsdiyi iddia edilir.
Xəbərə görə, polis bölməsinə gedərək mayın 5-də gecə qatar qəzası xəbərini verən 21 yaşlı Doğan Van adlı şahid L.T.N. adlı qadının qatar toqquşması nəticəsində sol qolunun və sol qıçının üçdə birini itirdiyini söyləyib.
AYLARLA ARAŞDIRILDI
Həkimlər xəstəxanaya qaldırılan L.T.N.-in bədən üzvlərini tikməyin mümkünsüz olduğunu deyiblər. Hadisə ilə əlaqədar aylardır davam edən istintaqın ardından polis şahid və qəza keçirdiyi irəli sürülən qadının köhnə tanışlar olduğunu və belə bir qatar qəzasının meydana gəlmədiyini sübuta yetirib. Bac Tu Liem adlı polis rəisi "Tuoi Tre" qəzetinə L.T.N-in bədən üzvlərini kəsmək yolu ilə sığortadan təzminat olaraq təxminən 130 min dollar almağı planlaşdırdığını açıqlayıb.
Hələ müalicəsi davam edən qadının saxtakarlıq məqsədi ilə bədən üzvlərinə zərər verdiyi üçün cəzalandırılıb-cəzalandırılmayacağı hələ bilinmir.
Təhməz Təkin
Milli.Az
