Türkiyədə daha bir ilginc olay yaşanıb.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Diyarbəkirdə 24 yaşlı A.Y.-nin tapançayla özünü vuraraq intihar etməsindən 45 gün sonra ər N.Y. 14 yaşlı baldızı ilə birgə yoxa çıxıb.

İntihar edən A.Y.-nin anası polisə ifadəsində qızının intihar etdiyinə inanmadığını, bu ölümdə azyaşlı qızı ilə yoxa çıxan N.Y.-nin əli olduğunu iddia edib.

Tibbi ekspertiza açıqlamasında bunun intihar olmadığı qənaətində olduğunu bildirib.

Yoxa çıxan N.Y. və 14 yaşlı qızcığazın axtarışı yönündə istintaq əməliyyatı gücləndirilib.

Təhməz Təkin

Milli.Az