Xırdalanda 42 yaşlı kişi doqquzuncu mərtəbədən yıxılaraq ölüb
Paylaş
·87 baxış·1 dəq oxu
Bakı. 3 sentyabr. REPORT.AZ/ Xırdalan şəhərində yaşayan 42 yaşlı kişi eyvandan yıxılaraq ölüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, bu gün Tofiq Süleymanov evinin eyvanından (9-cu mərtəbədən) yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.