Dünya şöhrətli pop ulduzu Maykl Ceksonun mum heykəli İstanbulda açılacaq yeni muzeydə sərgilənəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bəyoğlu istiqlal küçəsində yerləşən "Grand Pera" binasında yerləşəcək muzey dekabrda açılacaq. Muzeydə nümayiş olunacaq 17 heykəl arasında pop ulduzun 1995-ci ildəki vaxtlarını əks etdirən heykəli nümayiş olunacaq.
Qeyd edək ki, heykəli hər bir turist ziyarət edə biləcək.
Milli.Az