Qabonda prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 105 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Pakom Mubele bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı 67 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla belə, bir sıra qeyri-rəsmi mənbələr ölənlərin sayının daha çox olduğunu bildirir.
Qabonda avqustun 27-də keçirilən prezident seçkilərində 2009-cu ildən hakimiyyətdə olan Əli Ben Bonqo Ondimba qalib qəlib.
Milli.Az