"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, nazirlik hər zaman bu kimi halların qarşısının lazımi səviyyədə alınmasına çalışır: "Bu kimi halların aradan qaldırılması üçün ilk növbədə maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığının təminatını yaxşı etməkdir və bu istiqamətdə davamlı işlər görülür".