"Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarının qəhrəmanlarını qonaq edəcək şanslı tamaşaçının kimliyi bəlli olacaq
"Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarının seyrçiləri arasında aparılan müsabiqə başa çatmaq üzrədir. @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcək. Sentyabr ayının 15-də artıq müsabiqənin nəticələri elan olunacaq və bəlli olacaq ki "Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarının qəhrəmanları hansı müsabiqə iştirakçılarının evlərinə qonaq gedəcəklər. Tələsin, siz də "Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarından birinə bilet almaqla müsabiqənin qalibi ola bilər, övladlarınıza heç vaxt unuda bilməyəcəyi təəssüratlar bəxş edə bilərsiniz.
Xatırladaq ki, "Buzlar diyarı" və "Patrul köpəklər" uşaq tamaşaları Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında hazırlanır. Hər iki tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. "Buzlar diyarı" tamaşasının 22 oktyabr, "Patrul köpəklər" isə 30 oktyabr tarixində tamaşaçılara təqdim olunacaq.
Ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklalar Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.
Balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq.
Müsabiqənin şərtləri:
1. @baku_afisha instagram səhifəsinə abunə olun;
2. "Buzlar diyarı", yaxud "Patrul köpəklər" tamaşalarından birinə bilet alın, biletin şəklini hər iki tərəfdən tam çəkib, səhifənizdə paylaşın və @baku_afisha, #frozen_azerbaijan həşteqi ilə qeyd edin
3. Müsabiqə bitənə qədər səhifəniz açıq olmalıdır!
Sentyabr ayının 15-də bütün şərtləri yerinə yetirən iştirakçılar arasında təsadüfi seçim keçiriləcək və 3 qalib təyin ediləcək!
İnformasiya dəstəyi- Trend.az, Day.Az, Milli.Az