Hülya Avşarın bacısı Helin Avşar ötən ay İnstaqram səhifəsində paylaşılan “Bu gündən sonra boşanırıq. Həyat yoldaşımın heç bir səhvi yoxdur. Qarşılıqlı razılaşma ilə ayrılırıq” sözlərinin ona aid olmadığını bildirmişdi.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, fevralda Serhan Bora ilə ailə quran H.Avşar bu dəfə boşanacaqlarını təsdiqləyib.
O, boşanma xəbərini İnstaqramda paylaşıb:
“Heç kimin üzülməsini istəməyən bir insan olaraq doğruyu söyləyim. Həyat yoldaşımla boşanırıq. Bu vaxta qədər bir-birimizi üzmədik. Ona hər zaman hörmət edəcəyəm. Sevərək və dost qalaraq ayrılırıq”.