Hülya Avşarın bacısı Helin Avşar Qurban bayramı ərəfəsində Eyüp Sultan Türbəsini ziyarət edib.
Axşam.az haberler.com-a istinadən xəbər verir ki, Helin türbədə çəkdirdiyi fotosunu sosial mediada paylaşaraq bunu yazıb:
“Allah bütün dualarımızı qəbul etsin. Bayramın ilk günü gələ bilməmişdim. Şükür ki, son günə yetişə bildim”.
Qeyd edək ki, bu ilin fevralında Serhan Bora ilə ailə quran Helin Avşar, sentyabrın 9-da boşandığını açıqlamışdı.