Abşeronda polis yük avtomobillərindən oğurluq edən dəstəni zərərsizləşdirib. Məlum olub ki, saxlanılan şəxslər avtomobillərin akkumulyatorlarını oğurlayırmışlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, iritonnajlı yük avtomobillərini qarət edən şəxslər saxlanılıb.

Bir neçə sürücü, Abşeron rayon Polis İdarəsinə məlumat veriblər ki, yük avtomobillərinin akkumulyatorları naməlum şəraitdə oğurlanıb. Məlumatdan sonra əməliyyatçılar gecə saatlarında xidmət apararkən iri tonnajlı yük avtomobillərini xüsusi nəzarətdə saxlayıblar.

Gecə əməliyyat zamanı yük avtomobillərinin yanında özünü şübhəli aparan Hökməli qəsəbə sakinləri Heybət Dadaşov, Vidadi Yusifov və Sabir Xəlilovu polis saxlayıb. İdarəyə gətirilərkən onlar avtomobillərdən oğurluq etmələrini etraf ediblər.

Vidadi Yuisfovla Heybət Dadaşovun işi akkumuluyatorları avtomobildən açmaq olub.Sonra oğurluq akkumuluyatorları Sabir Xəlilovun avtomobilinə qoyaraq satılması üçüm metal qəbulu məntəqəsinə aparıblar.

Saxlanılan dəstə barəsində, Abşeron rayon Polis İdarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az