Hindistan paytaxtı Dehlinin Buray səmtində yoldan keçənlərin qadının bir kişi tərəfindən 21 dəfədən çox bıçaqlanmasını seyr etməsi qəzəbə səbəb olub.

Təhlükəsizlik kameralarının görüntülərində motosiklet sürən kişi 22 yaşlı məktəb müəllimi Karunaya yaxınlaşaraq onu bıçaqlamağa başlayır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Karuna hadisə yerində keçinib.

Kişi yoldan keçənlərin gözü önündə qadını dəfələrlə bıçaqladıqdan sonra başına daşla zərbə endirərək onu təpikləməyə başlayır.

Hücum edən şəxs qaçmağa çalışarkən isə yerli sakinlər müdaxilə edirlər. Polisin bildirdiyinə görə, şübhəli şəxs qətli törətməkdə ittiham olunub.

"O, səhər saat 9 radələrində qohumu ilə gəzərkən hücuma məruz qalıb, - polis rəsmisi Eşa Pandey deyib. - Görünür, hücum edən şəxsin qonşu olduqları zaman ondan xoşu gəlib, lakin qadın evləndikdən sonra ona əhəmiyyət verməyib".

2012-ci ildən bəri Hindistanda qadınlara qarşı zorakılıq halları artıb.

Yerli medianının qadının qardaşına istinadən bildirdiyinə görə, hücum edən şəxs əvvəllər onun bacısına təcavüz edib və ailəsi bununla bağlı polisə şikayət edib.

Bundan əvvəl polis rəsmisi Madhar Verma jurnalistlərə bildirib ki, "bundan dörd-beş ay əvvəl ailəsi polisə şikayət edib və daha sonra hər iki ailə barışığa gəlib".

Qətlin görüntüləri və yoldan keçənlərin qadına kömək etmək üçün dayanmaması qəzəbə səbəb olub.
Bu, son günlərdə Hindistan paytaxtında baş vermiş ilk belə hadisə deyil.

Bazar günü axşam 28 yaşlı Lakşmi evinin önündə, qonşularının gözü qarşısında bir kişi tərəfindən bıçalanaraq qətlə yetirilib. Daha sonra həmin şəxs özünü də öldürüb.

Ailəsinin bildirdiyinə görə, qadın izləndiyinə görə əvvəllər polisə şikayət edib.
2012-ci ildən bəri Hindistanda qadınlara qarşı zorakılıq hallarının artdığı bildirilir. Bu hücumlara qarşı daha sərt qanunlar tətbiq edilməyə başlanıb.

Lakin buna baxmayaraq ölkə boyu qadın və uşaqlara qarşı zorakı hücumlar davam etməkdədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: 22 yaşlı müəllimə 21 bıçaq vuruldu, hamı baxdı - VİDEOŞok kadrlar: yoldan keçənlər qadının bıçaqlanmasına tamaşa etdilər