|
"Bio-Genica" adlı Kanada firmasının, "Bu bir oyuncaq, ya da robot deyil", - deyərək, bazara çıxarmaq istədiyi qəribə oyuncaq mübahisə mövzusu olub.
Rəssam və heykəltəraş Adam Brandejs və Crystal Pallisterin hazırladıqlar bu oyuncaqlar digərilərindən bəzi üstün xüsusiyyətlərinə görə fərqlənir.
![]() Firma bu “məxluq”ların ev heyvanlarının yerini tutacağını iddia edir. "Yeni dövrün ev heyvanları" adlandırdıqları layihədə ortaya çıxarılan oyuncaqların içərisinə çip yerləşdirilib və sanki geni dəyişdirilmiş mutant heyvandır.
Lateks və plastikdən hazırlanmış oyuncaqların içərisinə yerləşdirilmiş xüsusi mexanizm nəticəsində o nəfəs alıb verir, ürək döyüntüləri hiss edilir və xüsusi qida ilə yemlənir və bu “canlı”ların qablaşdırmadakı yemi ilə birlikdə dəst şəklində satılması nəzərdə tutulur.
“Heyvan” paketdən çıxarıldıqdan 20 dəqiqə sonra gözlərini açır və oyanır. Paketin sol alt hissəsində görünən dörd led lampa heyvanın "son istifadə tarixi"ni göstərir. Sadəcə işığın biri yandıqda artıq dəyişmək zamanının yaxınlaşdığını göstərir. 1 və 3 il ömrü olan iki ayrı model kimi təqdim olunan heyvanların xarakterləri də paketdəki rənglərlə göstərilib. Rənglərin mənası belədir:
Qırmızı: Atletik və fəal
Yaşıl: Filantrop, mehriban və sülhpərvər
Bənövşəyi: İnkişafa açıq və ruhi sistemi daha yüksək
Mavi: Ünsiyyətcil
Narıncı: Macəraçı, özündən əmin və maraqlı
Sarı: Aktyor və əyləncəli
![]() Paketlərin içində müəyyən müddət qalan gen-petlər (heyvanlara bu ad verilib) paketdə xortum vasitəsi ilə yavaş şəkildə qidalandırılırlar və sağ qalırlar. Bio-genica firması bu sistemi evdə də istifadə edilə biləcəyini və tətilə gedərkən heyvanı yatırdaraq bu sistemə qoşmağın mümkünlüyünü bildirirlər.
“Heyvanlar”ın digər xüsusiyyətləri isə belədir:
Onlar böyümürlər (ən böyük ölçüləri paketdəki variantdır), danışmasalar da səslər çıxarırlar, hisslərini ifadə edə bilirlər. Həftədə bir dəfə xüsusi yemləri ilə qidalandırmaq kifayətdir və sualınız olanda "texniki dəstək departamenti"nə zəng vurmaq lazımdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, bütün gen-petlərdə uzaqdan idarəyə imkan verən rabitə və nəzarət çipi yerləşdirilib. Beləliklə, Bio-Genica şəbəkəsinə birbaşa bağlı olduqları üçün onlara istənilən zaman istənilən informasiya yüklənə bilir.
![]() Belə “canlı”ların evdə olması fikrinə qarşı çıxanlar onların dərhal qadağan edilməsini istəyirlər, xüsusilə də psixoloqlar. Onlar genpetlərin uşaqların psixoloji inkişafında sağalmaz yara və travmalara səbəb olacağını bildirirlər. Bu məxluqların kiçik yaşlı uşaqları həqiqətlə xəyal dünyası arasında qoyacağını söyləyən psixoloqlar, bunun şizofreniyaya səbəb olacağını vurğulayırlar. Sözsüz ki, bu da şüurlu insanın yox olması deməkdir.
İstehsalçılar bildirirlər ki, genpetlərin əzələsi, sümüyü və qana bənzər mayesi var. Əgər onların hər hansı bir yerini kəssəniz, “qan” axacaq və bir müddət sonra digər ev heyvanları kimi öləcəklər. Bundan əlavə, onları zədələmək, vurmaq da “ölümə” səbəb olur. Uşaqların isə bəzən oyuncaqları ilə necə davrandığını valideynlər yaxşı bilirlər.
Qeyd edək ki, etirazlara görə istehsalçılar neçə ildir satış icazəsi ala bilmirlər. (faktxeber)
|
|
|
İnsanlığın düşməni olan canlı oyuncaq hazırlandı – FOTO/VİDEO
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
publika.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Bu gün
·
22:42
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar
Bu gün
·
22:06
Lavrov uzun müddət sonra onunla görüşdü
Bu gün
·
21:31
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Bu gün
·
21:11
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
Bu gün
·
20:47
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Bu gün
·
20:28
Son 10 ildə Bakıda keçirilən Formula 1 yarışlarında 20 mindən çox könüllü çalışıb
Bu gün
·
20:22
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Bu gün
·
19:52
Prezident və ailə üzvləri Formula 1-də - FOTOLAR
Bu gün
·
19:18
Bu yerlərə sulu qar yağacaq
Bu gün
·
18:51
Ceyhun Bayramov: Biz regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
Bu gün
·
18:25
Prezident və birinci xanım Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
Bu gün
·
18:11
“Mercedes irəli addım atsa, qələbə qazanmaq daha çətin olacaq” - Verstappen
Bu gün
·
17:53
İtkin düşən 5 nəfər ötən gün tapıldı
Bu gün
·
17:50
"Artıq hər yarışda qələbə uğrunda mübarizə apara bilərəm” - Corc Rassel
Bu gün
·
17:49
.jpg)
.jpg)
.jpg)