"Referendum günü səsvermənin nəticəsi gün ərzində 5 dəfə ictimaiyyətə çatdırılıb. Seçici fəallığı yüksək olub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar olub ki, o da referendum prosesinə və nəticəyə təsir etməyib. Assosiasiya hesab edir ki, referendum dövlət təhlükəsizliyi və vətəndaş cəmiyyəti institutlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir", - M.Zülfüqarlı deyib.
AVCİA rəsmisi deyib ki, seçici fəallığı əvvəlki referenduma nisbətən daha yüksək olub.