Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun son matçı Bakıda "Neftçi" və "Sumqayıt" arasında keçriləcək. "Əlincə Arena"dakı qarşılaşma saat 19.00-da başlayacaq. Görüşü Ramil Diniyev idarə edəcək.

Ardıcıl 4 məğlubiyyət almaqla, ölkə çempionatlarındakı antirekordunu müəyyənləşdirən "Neftçi" "Qəbələ"yə 0:8 hesablı məğlubiyyəti unutdura bilməyib. Debüt oyununda "İnter"ə uduzan yeni baş məşqçisi Elxan Abdullayev ilk xalını və qələbəsini bu gün qazanmaq niyyətindədi. "Sumqayıt" isə 4 matçdı qələbəyə həsrət qalıb. Samir Abbasov cəzalı olduğundan meydana baş məşqçisiz çıxacaq "gənclik şəhəri" təmsilçisi qələbə qazansa, "Zirə"ni arxada qoyub 5-ci pilləyə yüksələcək və "Kəpəz"lə xal hesabını bərabərləşdirəcək.

Qeyd edək ki, turun 3 oyunu şənbə və bazar günü baş tutub. "Qəbələ" "Zirə"ni 2:0, "İnter" AZAL-ı 3:1 hesabı ilə yenib, "Kəpəz" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib - 1:1.

Premyer Liqa
2016/17 mövsümü
I dövrə, VI tur

27 sentyabr
19.00 Neftçi - Sumqayıt
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Əlincə Arena”.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

6

5

1

0

17:0

16

2

İnter

6

4

2

0

11:6

14

3

Qarabağ

6

4

1

1

15:3

13

4

Kəpəz

6

1

4

1

6:6

7

5

Zirə

6

2

0

4

4:8

6

6

Sumqayıt

5

1

1

3

3:7

4

7

Neftçi

5

1

0

4

3:14

3

8

AZAL

6

0

1

5

2:17

1

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 4


Fanat.Az