Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Tahir İsmayılovun (Qəlbinur) "Əsirlər" filmində oynadığı erməni rolu onu sözün əsl mənasında işə salıb. Belə ki, aktyorun bu rolu oynaması bir çox dostlarında ona qarşı nifrət yaradıb. Bu haqda o, Milli.Az-a danışıb:

""Əsirlər" filmində oynadığım erməni rolu ilə bir çox insanların nifrətini qazanmışam desəm, yalan olmaz. Uşaqlıqdan azərbaycanlılar ilə eyni məhəllədə yaşayan erməni rolunu ifa etmişəm. Azəri qızını istədiyim üçün qızın qardaşı və dostu tərəfindən döyülürəm. Bir gün isə həmin qız, qardaşı və dostu mənim əlimə əsir düşürlər. Qızın gözü qarşısında qardaşını öldürürəm. Bir sözlə, çox qəddar bir roldur. Rejissor bu rola məni dəvət edəndə heç bir etirazım olmadı. Filmdən şəkli sosial şəbəkədə paylaşan kimi bir çox insanlar məni tənqid etdilər. Amma bizim ən məşhur aktyorlarımızın çoxu erməni rolu oynayıblar. Rol o zaman tutarlı olur ki, aktyor tamaşaçıları qıcıqlandıra bilsin. Görünür, mən bunu bacarmışam. Bu rolu oynamaqda sənət dostlarım Vahid Orucoğlu və Roza İbadova da kömək etdilər".

Qeyd edək ki, Tahir İsmayılov (Qəlbinur) Naxçıvan Dram Teatrının aktyoru olub. O hazırda Gənc Tamaşaçılar Teatrında çalışır və "Leyli və Məcnun" tamaşasında Üveys Paşa rolunu məşq edir. Tamaşanın rejissoru Nicat Kazımovdur.

Əli Rəhimoğlu

Milli.Az

Azərbaycanlı aktyor: "Qızın gözü qarşısında qardaşını öldürürəm" - FOTO