Səfir: "Azərbaycanın işğal olunmuş əraziləri radioaktiv materialların saxlanması və daşınması üçün istifadə olunur"

Səfir: "Azərbaycanın işğal olunmuş əraziləri radioaktiv materialların saxlanması və daşınması üçün istifadə olunur"
10:42 3 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Metsamor atom elektrik stansiyasının (AES) yaratdığı təhdidlərdən biri də nüvə silahı yaratmaq potensialının olmasıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun "Daily Sabah" nəşrində dərc olunan məqaləsində deyilir.
Səfir bu köhnə stansiyanın işinin radioaktiv materialların qaçaqmalçılığı baxımından narahatlıq yaratdığını bildirib: "Bu narahatlıq özünü İŞİD kimi terror təşkilatılarının zənginləşdirilmiş uran əldə etməyə çalışmasıyla daha açıq-aydın göstərir. 2016-cı ilin aprel ayında erməni əsilli qaçaqmalçı 238 milyon dollar dəyərində uran satmağa cəhd edərkən ələ keçirilib. Həmçinin, Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərinin radioaktiv materialların saxlanması və daşınması üçün istifadə edildiyi sübut olunub. Son məlumatlara görə, işğal olunmuş ərazilərində 29 radiasiya mərkəzi var ki, onlar "Metsamor" AES-i xammal təchiz edir".
F.Bağırov "Metsamor" AES-in Türkiyə üçün də təhlükə mənbəyi olduğunu vurğulayıb: "Bu AES-dən radioaktiv materialların mümkün sızmasının araşdırması sübut edir ki, Şərqi Anadoluda minlərlə insan yoluxmaya məruz qalacaq. Stansiyanın Türkiyə sərhədindən cəmi 16 km məsafədə yerləşməsi artıq təhlükədən xəbər verir".
Məqalədə səfir qeyd edib ki, bütün maneələrə baxmayaraq, Azərbaycan "Metsamor"un daşıdığı təhlükəyə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışır: "Ermənistanın qeyri-konstruktiv münasibət ilə birgə bu stansiyanın yaratdığı təhlükə Ermənistanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı məsələsindəki siyasətinə bənzəyir".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-azerbaycanin-isgal-olunmus-erazileri-radioaktiv-materiallarin-saxlanmasi-ve-dasinmasi-ucun-i

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR