15 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, "qırmızı-şeytanlar"ın skautları Alfonso Davyesi izləməyə başlayıb.


15 yaşlı liberiyalı futbolçu Kanadanın "Vankouver" klubunda çıxış edir. O, artıq ABŞ-ın MLS liqasında mübarizə aparan komandasının əsas heyətinə yüksəlib.


Hücum xəttində oynayan Alfonso Davyesi ABŞ millisinin üzvü Freddi Adu ilə müqayisə olunur.


Fanat.Az