"Azərbaycanla oyuna daha yaxşı hazırlaşacağıq"

"Azərbaycanla oyuna daha yaxşı hazırlaşacağıq"
15:42 4 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya yığmasının futbolçusu Tomaş Sivok ölkəsinin mətbuatına müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Bursaspor"un 33 yaşlı müdafiəçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay Almaniya və Azərbaycanla keçirəcəkləri oyunlara toxunub.

- Çexiya yığmasının əksər təcrübəli futbolçuları milli karyeralarını başa vurdular. Bu mənada, cari seçmə mərhələdə yük daha çox sizin üzərinizə düşəcək...

- Həmişə üzərimdə məsuliyyət və təzyiq hiss etmişəm. İşimin öhdəsindən gəlməyə hər an hazır olmuşam. Şadam ki, yığmada ətrafımda cavan uşaqlar var. Bu isə çox vacibdi. Yalnız gənclər və ya təkcə təcrübəlilərlə oynamaq mümkün deyil. Komanda gənc və təcrübəlilərin vəhdətindən formalaşmalıdı.
 
- Milliyə qayıtdıqdan sonra hansı atmosferlə üzləşdiniz. Əvvəlki yığma ilə hazırkı komanda arasında çox fərq var?

- Dünya çempionatının seçmə mərhələsi yeni başlayıb. Qarşıda çoxlu oyunlarımız var. Əvvəlki millidən az adam qalıb. Amma Çexiya mentaliteti həmişə özünə hörmət tələb edib. Qısası, yığmada necə atmosferin yaranacağı qarşıdakı oyunlarımızdan, daha doğrusu, qeydə alınacaq nəticələrdən asılıdı. Nəticə yaxşı olsa, atmosfer də əla olacaq. Nəticə olmayanda isə problemlər baş qaldırmağa başlayır. Təkcə futbolda deyil, hokkey, basketbol və idmanın digər növlərində də belədi.
 
- Şənbə günü Almaniya ilə qarşılaşacaqsız. Onlarla oyunda uğurlu nəticəni necə əldə etmək olar?

- Bunun cavabını mən deyə bilmərəm (gülür). Baş məşqçimiz Almaniyanın keçirdiyi oyunların videosunu göndərib, izləmişəm. Əsas odu ki, biz necə oynayacağıq? Şübhəsiz ki, Almaniya yığması bizdən keyfiyyətli komandadı. Hər məşqçi istər ki, Tomas Müller kimi oyunçusu olsun. O, rəqibin müdafiə xəttini daim gərginlikdə saxlayır. Müllerlə dueli səbirsizliklə gözləyirəm.
 
- Almaniyanın əvəzinə nisbətən zəif komanda ilə qarşılaşmaq daha yaxşı olardı. Elə deyilmi?

- Bəli, kağız üzərində bir qədər zəif görünən rəqiblə qarşılaşmaq rahatdı. Almaniya son dünya çempionudu. Bu görüşdəki nəticə bizim üçün çox önəmlidi. Çünki növbəti oyunumuzu Azərbaycana qarşı keçirəcəyik. Almanlarla matçda qeydə alınacaq nəticə Azərbaycanla görüşə konsentrasiya baxımından mühüm rol oynayacaq. Yaxşı nəticəyə imza atsaq, Azərbaycanla oyuna daha yaxşı hazırlaşacağıq. Məğlubiyyət isə Azərbaycanla oyunöncəsi ən böyük səhv olardı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR